Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8 faiz artaraq 5979,4 milyon manat olub. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8 faiz artaraq 5979,4 milyon manat olub.

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8 faiz artaraq 5979,4 milyon manat olub.

AzNews.az Azvision.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 4386,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,4 faizini təşkil edib.

Cari ilin yanvar-sentyabr ayları ərzində hər bir ölkə sakini orta hesabla 615,0 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 52,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.