Moskvada doğum evində çalışan azərbaycanlı ginekoloqun videosu sosial şəbəkələrdə baxılma rekordu qırır. Moskvada doğum evində çalışan azərbaycanlı ginekoloqun videosu sosial şəbəkələrdə baxılma rekordu qırır.

Azərbaycanlı kişi ginekoloq pasiyenti ilə rəqs etdi - Video

Moskvada doğum evində çalışan azərbaycanlı ginekoloqun videosu sosial şəbəkələrdə baxılma rekordu qırır.

AzNews.az Medicina.az-a istinadən xəbər verir ki, 68 saylı doğum evində doğuş sancıları çəkən pasiyentin kişi həkimi ilə sanki klubdaymış kimi rəqs etməsi görənləri heyrətə gətirib.
Videoda ginekoloq Ruslan Xanbutayevin doğuş sancısı çəkən pasiyenti Mariya Malışevaya yaxınlaşdığı, onun ağrılarını azaltmaq üçün palatada az qala diskoteka effekti yaratdığı əks olunub. Daha sonra R. Xanbutayev hamilə pasiyenti ilə enerjili rəqs etməyə başlayıb.
Az sonra rəqsə digər həkim də qoşulur.
Görənləri həyəcanlandıran videoçarx qadınları doğuş öncəsi pozitiv əhvala kökləməkdə həkimlərin böyük rolu olduğunu bir daha göstərir.
Məlumat üçün bildirək ki, R. Xanbutayev əvvəllər Milli Onkologiya Mərkəzində çalışıb.