22:57
(077) 610-22-33

Lisenziyasız tibbi fəaliyyətlə məşğul olmağa görə cərimələr artırılıb

  • >
429 22 Fevral 2013 12:20 | Cəmiyyət

Milli Məclisin bugünkü iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında dəyişikliklər müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, sənəd barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Onun sözlərinə görə, dəyişikliklər lisenziyasız tibbi fəaliyyətlə bağlı cərimələrin artırılmasını nəzərdə tutur. İndiyədək xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və əczaçılıqla məşğul olmağa 300 manatdan 500 manata qədər cərimə tətbiq edilirdi. Təklif edilən dəyişikliyə görə, fiziki şəxslər 2 min manatdan 3 min manata qədər, vəzifəli şəxslər 5 min manatdan 10 min manatadək, hüquqi şəxslər isə 20 min manatdan 30 min manata qədər cərimələnəcəklər.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, telekanallarda müxtəlif özəl tibbi klinikaların reklamları gedir: "Bu gün özəl tibb müəssisələrinə xaricdən çoxlu həkim gəlir, lakin bilinmir onlar necə həkimlərdir. Biz öz əhalimizin sağlamlığından bezməmişik ki".

Məcəlləyə dəyişikliyə münasibət bildirən deputat Fazil Mustafa deyib ki, Azərbaycanda bu sahədə problem var: "Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin ürəkdən narahatlığı olur, onu təyyarəyə mindirib göndərmək istəyirlər xaricə. Bu qədər səhiyyə müəssisəsi olan yerdə elə bir şəxsin müalicəsi mümkün olmadı?"

Müzakirələrdən sonra məcəlləyə dəyişiklik qəbul edilib.

AzNews.az
Bağla X