Azərtac Agentliyinin bir qrup əməkdaşı Cocuq Mərcanlı kəndinə səfər edib. Azərtac Agentliyinin bir qrup əməkdaşı Cocuq Mərcanlı kəndinə səfər edib.

Azərtac-ın əməkdaşları Cocuq Mərcanlıda - Fotolar

Azərtac Agentliyinin bir qrup əməkdaşı Cocuq Mərcanlı kəndinə səfər edib.

AzNews.az xəbər verir ki, jurnalistlərin səfəri Cocuq Mərcanlı Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarətlə başlayıb.

Kollektivin üzvləri sonra şəhid Novruz Aslanov adına tam orta məktəbə gediblər. Məktəbə müxtəlif dərs və idman ləvazimatları hədiyyə edilib. Agentliyin Baş direktoru Aslan Aslanov müəllim və şagirdləri doğma yurda qovuşmaları münasibətilə kollektiv adından təbrik edib.

Jurnalistlər məktəbin həyətində Eldar şamları əkib. Məktəbin direktoru Zamin Həziyev onlarla görüşə gəldiklərinə, mənəvi dəstək olduqlarına görə jurnalistlərə minnətdarlığını bildirib.

Daha sonra əməkdaşlar Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidlə tanış olublar. Burada şəhidlərin ruhuna dua oxunub.

Jurnalistlər daha sonra kənddə aparılan quruculuq işlərinin növbəti mərhələsi çərçivəsində tikintisi gedən yeni evlərə və binalara da baxıblar. Bu mərhələdə 100 evin, uşaq bağçasının, poçt, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların və digər infrastruktur obyektlərinin tikintisi aparılır.