İran İslam Respublikasından ölkəmizə piyada gələn vətəndaşın gödəkçəsinin cibində metadon məhlulu aşkarlanıb. İran İslam Respublikasından ölkəmizə piyada gələn vətəndaşın gödəkçəsinin cibində metadon məhlulu aşkarlanıb.

Azərbaycana gələn iranlı saxlanıldı

İran İslam Respublikasından ölkəmizə piyada gələn vətəndaşın gödəkçəsinin cibində metadon məhlulu aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşının gödəkçəsinə baxış zamanı gödəkçənin cibindəki 0,5 litrlik plastik qabın üzərində "AkharStar natural mineral water" yazısı olduğu halda, qabın içərisində 500 ml həcmində metadon məhlulu aşkar olunub.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 500 ml məhlulda metadonun quru maddəsinin təmiz çəkisi 0,5 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.