“İki il "Lider"də "Bakımız" adlı verilişim getdi. Sona çatanda isə məni ATV-də seriala dəvət elədilər. Hazırda öz peşəmlə bağlı işlə məşğul oluram. Həyatımda hər zaman belə olub: iki il sırf teatr oldu, 5 illik repertuar hazırladım. Sonra ancaq aparıcılığa yönəldim. İndi teatra da ara vermişəm. Maraqlı layihə olanda aparıcılığa qayıdacam. Televiziya həyatımda xüsusi yer tutur". “İki il "Lider"də "Bakımız" adlı verilişim getdi. Sona çatanda isə məni ATV-də seriala dəvət elədilər. Hazırda öz peşəmlə bağlı işlə məşğul oluram. Həyatımda hər zaman belə olub: iki il sırf teatr oldu, 5 illik repertuar hazırladım. Sonra ancaq aparıcılığa yönəldim. İndi teatra da ara vermişəm. Maraqlı layihə olanda aparıcılığa qayıdacam. Televiziya həyatımda xüsusi yer tutur".

“Azərbaycanda reytinq anlayışını qəbul etmirəm” - Məşhur aparıcı

“İki il "Lider"də "Bakımız" adlı verilişim getdi. Sona çatanda isə məni ATV-də seriala dəvət elədilər. Hazırda öz peşəmlə bağlı işlə məşğul oluram. Həyatımda hər zaman belə olub: iki il sırf teatr oldu, 5 illik repertuar hazırladım. Sonra ancaq aparıcılığa yönəldim. İndi teatra da ara vermişəm. Maraqlı layihə olanda aparıcılığa qayıdacam. Televiziya həyatımda xüsusi yer tutur".

AzNews.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Firdovsi Atakişiyev deyib.

Bir vaxtlar efirlərin ən məşhur ulduzu olan aktyor hazırda fəaliyyətini serialda davam etdirir. Atakişiyev fəaliyyətindən danışıb:

"Rol aldığım "İçərişəhər" filmi bütün dünyada festivallarda oldu. Hyustonda kinofestivalda "Ən yaxşı kişi obrazı" nominasiyasına layiq görüldüm. Amma nədənsə sonra bir avropalı aktyora uduzdum. Dördlüyə düşməyin özü də mənim üçün qələbə idi".

F.Atakişiyev telekanallardakı verilişlərdən söz açıb:

"Bir-iki aparıcı var ki, hərdən onlar diqqətimi cəlb edir. Efirə çox baxmıram. Səhər 11-də məşq başlayır. Axşam evə gələn kimi telefonla məşğul oluram. Hərdən seriala da internet də baxıram. Kimsə elə düşünür ki, tamaşaçıya yüngül şou lazımdır. Azərbaycan tamaşaçısı düşüncəli, mənasevərdir. Ona görə Azərbaycan televiziya tamaşaçısı gözəl məhsul axtarır. Bunu tapmayanda isə nə verildisə, ona da baxır".

Aktyor reytinqlərin saxta olduğunu söyləyib:

"Hər zaman deyirəm, reytinq üçün səviyyəmi aşağı salmaram. İnsan reytinqə qalxdıqca səviyyəsini salır. Reytinq bizdə düzgün qurulmayıb. Bizdə onu dəqiq göstərən sistem yoxdur, buna inanmayın. İnsanlar haya düşür, "burada ağlamaq çoxdur, hamı buna baxır, sponsorluğu buna verək" kimi düşünürlər. Sponsorun gəlişi reytinqdəndir. Onlar səviyyə, dünyagörüş və müasirliyə baxmırlar, bunlar başqadır. Azərbaycanda reytinq anlayışını qəbul etmirəm".

Qeyd edək ki, Atakişiyev illər əvvəl "Space"də ən çox baxılan proqramların aparıcısı idi.