Millət vəkili telekanalları ittiham etdi

"Reklam haqqında" qanununun müzakirəsi zamanı deputatlar telekanalarda reklam siyasətinin düzgün müəyyən edilmədiyini bildiriblər.

AzNews.az-ın məlumatına görə, qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Rəfail Cəbrayılov deyib ki, televiziyalarda dərman preparatlarının reklam olunması qadağandır: "Reklam haqqında qanunda da bu göstərilir. Çox təəssüflər olsun ki, televiziyalar dərmanların reklamına geniş yer verirlər. Televiziya yayım şurası da buna münasibət bildirmir".

Deputat qeyd edib ki, telekanallarda reklam müddəti qanunla tənzimlənir. Amma nədənsə kanallar bu limiti keçir.

Vitse-spiker çıxışı zamanı deyib ki, televiziyalarda siqaretlərin reklam olunması yolverilməzdir: "Seriallara baxıram. Oradakı obrazlar siqaret çəkirlər. Bunun özü də reklamdır. Düşünürəm ki, serial çəkən şirkətlər bunu nəzərə almalıdırlar".

İlkin
AzNews.az