Prezident Fəttah Heydərovu ordenlə təltif etdi


Prezident İlham Əliyev Fəttah Heydərovun təltif olunması ilə bağlı sərəncam imzalayıb.

Sərəncama görə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov "Şərəf" ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah F. Heydərovun 75 yaşı tamam olur.

AzNews.az