Yazıçılar Birliyinindən çıxarılan yazıçı Anarı sərt şəkildə tənqid etdi Yazıçılar Birliyinindən çıxarılan yazıçı Anarı sərt şəkildə tənqid etdi

“İşsizlik AYB-nin mənə qurultay hədiyyəsidir” - MÖVQE

Yazıçılar Birliyinindən çıxarılan yazıçı Anarı sərt şəkildə tənqid etdi




"Qurultayqabağı tam sakitlik, əmin-amanlıq yaratmaq üçün Yazıçılar Birliyində ciddi "təmizləməyə" start verildi. Bunu isə məni işdən çıxartmaqla reallaşdırdılar".

Bunu AzNews.az-a Mahirə Abdulla bildirdi. Onun fikrincə, işsizlik AYB-nin ona qurultay öncəsi verdi "hədiyyə"dir:

"Mən Qarabağımı, ata yurdum Qubadlını itirmişəm. İşdən çıxmaq nə böyük itkidir ki… Əgər 2 aydır ki, Anar başda olmaqla AYB-də 6 kişi məni dəvət etmədən iclaslar, müzakirələr keçirib məni sonacan məhv etməyə çalışıblarsa, bununla yalnız qürur duyuram. Mən AYB-ni tənqid etməkdə tam haqlıyam, bir vətəndaş kimi söz azadlığı hüququm var. Həm də insan öz şəxsiyyətini özü qorumalıdır. İşdən çıxarılmağım Azərbaycan Respublikasının Əmək Məcəlləsinə tam zidd olsa da, 25 il üzvü olduğum yaradıcı qurumu sayğısız rəhbərlərinə görə məhkəməyə verməyi özümə əskiklik bilirəm. Hesab edin ki, işsizlik AYB-nin mənə qurultay hədiyyəsidir".

Bahar Rüstəmli
AzNews.az