07:59
(077) 610-22-33

Deputat Misir Mərdanovla Məleykə Abbaszadəni barışdırmaq istəyir

  • >
234 23 Fevral 2013 10:28 | Cəmiyyət

“Təhsil Nazirliyi və TQDK arasında münasibətlər belə olmamalıdır”



"İki dövlət qurumu olan Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) arasında münasibətlər belə olmamalıdır. Hər kəs öz işi ilə məşğul olmalıdır".

Bu barədə APA-ya açıqlamasında Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. Onun sözlərinə görə, TQDK ilə Təhsil Nazirliyi arasında dərslik probleminin həlli ilə bağlı birgə komissiya da yaradıla bilər: "Bu qurumların hər birinin konkret vəzifələri var. Ona görə də yaxşı olar ki, hər kəs öz işi ilə məşğul olub ümumi işimizə fayda versinlər. Yəqin ki, bu qurumlar müəyyən bir ortaq məxrəcə gələcəklər".

AzNews.az
Bağla X