Azərbaycanda qadınları fahişəliyə cəlb edən şəxslər tutulub

Azərbaycanda qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakini Aynur Babayeva və Gəncə şəhər sakini Şəbnəm Quliyeva gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmələri ilə əlaqədar tutulublar.

AzNews.az