18:29
(077) 610-22-33

Gülər Əhmədova öldürülə bilər

  • >
611 24 Fevral 2013 11:46 | Cəmiyyət

O, başqa yerə köçürülür


Sabiq deputat Gülər Əhmədova hələ də sanitar hissədədir. Əldə etdiyimiz məlumata görə, onu yeni kameraya köçürməyə hazırlaşırlar. Əhmədovanın köçürüləcəyi yeni kamera daha müasir və hərtərəfli şəraitə malikdir.

"Müsavat"ın yadığı məlumatda bildirilir ki, ona qarşı bu jestin edilməsi səbəbsiz deyil. Çünki sabiq deputat həbsə düşdüyü gündən etibarən özünü ehtiyatlı aparır, hakimiyyətə sədaqətini nümayiş etdirən bəyanatlar verir. Hakimiyyət onun azadlıqda olarkən verdiyi hədələyici bəyanatlarını həyata keçirmədiyindən məmnun olduğu üçün, bu formada mükafatlandırır.

Qəzet G.Əhmədovanın kamera yoldaşının kimliyi ilə bağlı da məlumat verib: "Öyrəndiyimizə görə, bu, Ulduzə Xanlarova adlı ali məktəblərdən birində işləmiş keçmiş dekandır. Sözügedən xanım da G.Əhmədova kimi dələduzluq maddəsi ilə ittiham olunub. Onun eks-deputatla bir kameraya salınması isə təsadüf deyil. Məqsəd G.Əhmədovanı daim nəzarətdə saxlamaq, onun addımlarına diqqət etməkdən ibarətdir. Hazırda hakimiyyətin əsas məqsədi G.Əhmədovanın sağ qalmasını təmin etməkdir. ("Yeni Müsavat"da olan bilgiyə görə, həbsindən az əvvəl istintaqda məlumat olub ki, G. Əhmədovanı öldürməyə təşəbbüs ediləcək... )"
Amma bu məsələyə dair rəsmi açıqlama verilmir.
Xatırladaq ki, sabiq millət vəkilinin kamera yoldaşının kimliyi barədə ilk məlumatı AzNews.az vermişdi. Bildirmişdik ki, o, Ulduzə adlı bir dələduzla eyni kamerada yatır.

AzNews.az
Bağla X