Uzaq məsafələrdə yerləşən ölkələrdə baş vermiş zəlzələlərin biri-biri ilə heç bir əlaqəsi olmur. Uzaq məsafələrdə yerləşən ölkələrdə baş vermiş zəlzələlərin biri-biri ilə heç bir əlaqəsi olmur.

Bakıda 8 bal gücündə zəlzələ ola bilər

Uzaq məsafələrdə yerləşən ölkələrdə baş vermiş zəlzələlərin biri-biri ilə heç bir əlaqəsi olmur.

AzNews.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədli deyib.

Şöbə müdirinin sözlərinə görə, zəlzələlərin biri digərinə o zaman təsir edə bilər ki, yaxında yerləşən güclü ocaq zonasında kifayət qədər enerji toplansın:

“Təsir nəticəsində yaxınlıqdakı ocaq oyana və zəlzələ ola bilər. Yaponiya və İran müxtəlif strukturlarda yerləşirlər. Orada zəlzələlər həmin ərazidəki tektonik proseslər nəticəsində baş verir. Uzaq ölkələrdədəki zəlzələlərin bir-biri ilə heç bir əlaqəsi yoxdur”.

Tahir Məmmədli bildirib ki, hər gün dünyada 10 minlərlə zəif və orta güclü zəlzələ baş verir:

“Təbii ki, güclü zəlzələlər də olur. Onların hamısını nəzərə almırıq. Məsələn, Amerikada, Yaponiyada olan zəlzələni biz niyə düşünək? Yer kürəsində müxtəlif bölgələr dayanmadan deformasiyaya uğrayır və güclü zəlzələrə gətirib çıxarır. Təkanlar enerjinin toplanması sürətindən və yerindən asılı olaraq bir-birindən fərqli gücdə və fəqli zamanlarda baş verir”.

Şöbə müdiri qeyd edib ki, Abşeron ətrafında güclü zəlzələ ocağı var:

“Nə vaxtsa orada Bakıya təsir edəcək 8 bal gücündə zəlzələ ola bilər”.

Qeyd edək ki, dünən axşam saatlarında İraqın Süleymaniyyə şəhərində 7,2 bal, İranda isə 7,3 bal gücündə qeydə alınan dəhşətli zəlzələdə dağıntılar baş verib, çoxlu sayda ölən və xəsarət alanlar var. Eyni zamanda bu gün səhər Yaponiyanın Xonsyu adasında, eləcə də Kosta-Rika sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.