Əjdər Ağayev: “Dərsliklərdə olan səhvlərlə bağlı məsələ şouya çevrilməməlidir” Əjdər Ağayev: “Dərsliklərdə olan səhvlərlə bağlı məsələ şouya çevrilməməlidir”

Təhsil üzrə ekspert kimləri şoumen adlandırdı?

Əjdər Ağayev: “Dərsliklərdə olan səhvlərlə bağlı məsələ şouya çevrilməməlidir”

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı monitorinqlər nəticəsində orta məktəblərdə tətbiq olunan dərsliklərdə aşkarlanan səhvlərlə bağlı məsələ şouya çevrilməməlidir".

Bunu APA-ya açıqlamasında Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib. O bildirib ki, telekanallarda bu məsələnin gündəmə qoyularaq şou təşkil edilməsi, hər bir qurumun digəri haqqında fikirlər səsləndirməsi düzgün deyil. Onun sözlərinə görə, orta məktəblərdə tətbiq olunan dərsliklərin məzmunu çox mühüm əhəmiyyət daşıdığından onların keyfiyyəti artırılmalıdır. Ə. Ağayev qeyd edib ki, monitorinq aparılmadan belə müəllif özü onun üzərində hər il təkmilləşmə apara bilər: "Mən həmin dərslikləri nəzərdə keçirdim. "Azərbaycan dili" dərsliyi yeni tələblər əsasında yazıldığından və burada çoxlu məntiqi yanaşma qoyulduğundan bu dərslik məni tam qane edir. Bu dərsliyin TQDK tərəfindən niyə məqsədəuyğun hesab edilməməsini anlamıram. "Riyaziyyat" dərsliyi isə bəsitdir. Elə bil ki, dərslik metodiki işi bilməyən adam tərəfindən yazılıb. Ona görə də bu dərsliyin metodik təkmilləşməyə ehtiyacı var".

Təhsil Şurasının sədri məsələni həll etmək üçün müəyyən təkliflər səsləndirib: "Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi ümumi fikirləri ortaya qoyaraq, birgə müzakirə aparmalıdır. Onlar boş danışıqla yox, üzbəüz oturaraq nəyin düz, nəyin əyri olduğunu elmi əsasda sübut etməlidirlər. Təbii ki, ideal heç nə olmadığı kimi dərsliklər də ideal deyil. Dərsliklərin təkmilləşdirilməsi ilə bağlı elmi-ictimaiyyətin iştirakı ilə komissiya və nazirlik bir qərara gəlməlidir".

AzNews.az