11:08
(077) 610-22-33

Kamal Abdulla ədəbiyyat müsabiqəsindən narazılıq edir

  • >
343 25 Fevral 2013 14:24 | Cəmiyyət

Ədəbiyyat müsabiqəsi ətrafında yaşanan qalmaqalı yazıçı Kamal Abdulla bir az da dərinləşdirdi. Belə ki, yazıçı sözügedən müsabiqənin ədalətli olmadığını dilə gətirməklə mövzunun yenidən gündəmə gəlməsinə səbəb olub.

Müsabiqənin münsiflər heyətinin üzvü Səlim Babullaoğlu AzNews.az-a açıqlamasında K.Abdulla ilə razılaşdığını bildirdi: "Kamal müəllim deyir ki, əslində onun özünün də iştirak etdiyi müsabiqə ədalətli ola bilməz. Bundan böyük özünü tənqid ola bilməz. İnsan seçimi həmişə subyektivdir. Ədalətli yalnız Allahdır. Həmişə ədaləti müsabiqələr keçirməyə cəhd edəcəyik. Ona nə dərəcədə nail olduğumuzu isə insanlar deyəcək".

Bahar Rüstəmli
AzNews.az

Bağla X