06:49
(077) 610-22-33

Təhsil Nazirliyi özəl bağçaları “vurdu”

  • >
247 25 Fevral 2013 14:32 | Cəmiyyət

“Özəl bağçalarda uşaqları çox yükləyirlər”



"Ölkəmizdə 43 özəl bağçaya lisenziya verilib. Özəl bağçaların sayının azlığı isə müraciətlərin az olması ilə yox, həmin müraciətlərin əksəriyyətinin tələblərə cavab verməsməsindən irəli gəlir". Bunu AzNews.az-a açıqlamasında Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, özəl bağçalara lisenziya verilərkən həmin müəssisələrin sanitar normalara cavab verilməsi, yerləşdiyi bina, hava tutumu, hər uşağa düşən kvadrat metr sahə kimi bir çox tələblərə diqqət yetirilir:

"Bəla burasındadır ki, özəl müəssisələrdə qiymətlər yüksəkdir. Əgər özəl müəssisələrin sayı artarsa rəqabət mühiti yaranar və qiymətlər aşağı salınar. Ancaq müraciətlərin heç də hamısını müsbət cavablandırmaq olmur, çünki ilk növbədə uşaqlar üçün tələb edilən bütün şərait yaradılmalıdır. Məsələn, müraciətlə bağlı gedib baxış keçirərkən bağçanın zirzəmidə yerləşdiriləcəyini görürük. Təbii ki belə müraciət müsbət cavablandırıla bilməz".

Özəl bağçalarda təlim-tərbiyənin keyfiyyətinə gəlincə isə N. Alnağıyeva əməkdaşların bir çoxunun əvvəllər dövlət müəssisəsində çalışdığını deyib: "Dövlət bağçasında əmək haqqının azlığı səbəbindən bəzi müəllimlər özəl müəssisələrə üz tuturlar. Ancaq məsələ bundadır ki, özəl bağçalarda uşaqları çox yükləyirlər. Biz bunun əlehinəyik. Uşaq hər şeyi bağça səviyyəsində bilməlidir, əks təqdirdə onda məktəbə heç bir maraq qalmayacaq. Uşaqlara özəl bağçada bəzən oxuyub-yazmaq da öyrədirlər. Bəs onda məktəb nə üçündür? Nəticədə uşaqlar bu yükü daşıya bilmir. Dövlət bağçalarında isə buna qətiyyən icazə verilmir".

Uşaqların özəl müəssisələrdə həddindən artıq yüklənməsinin səbəbini ödənişlə əlaqələndirən nazirlik rəsmisi "Buna uşaqların sağlamlığı hesabına nail olurlar" deyə narahatlığını dilə gətirib: "Özəl və dövlət müəssisələri arasında bu baxımdan fərq var və bu fərq yaxşılığa doğru deyil. Valideynlər pul ödədiyi üçün ödədiyi vəsait müqabilində uşağına hər şeyin öyrədilməsini tələb edir. İngilis dili, əlifba, yazıb-oxumaq öyrədilir. Beləliklə özəl bağçalar valideynləri cəlb etməyə çalışırlar, ancaq bu heç də uşaqların xeyrinə deyil".

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X