Jurnalistika müqəddəs peşədir. Bizə görə. Bu peşəni (həm də ixtisası) özünə həyat tərzi, yaşam səbəbi olaraq seçənlər media fəaliyyətlərinə toz qondurmazlar. Onlar hər zaman həm özlərinin, həm də işlədikləri media qurumunun nüfuzunu yüksək tutmağa çalışar, cəmiyyət içində ləyaqətlə davranarlar. Ki, birdən kimsə onların peşəsinə dil uzadar, artıq-əskik söz deyər. Əsl jurnalistlər onların yaşam səbəbinə dil uzadılmasını heç zaman həzm edə bilməzlər. Jurnalistika müqəddəs peşədir. Bizə görə. Bu peşəni (həm də ixtisası) özünə həyat tərzi, yaşam səbəbi olaraq seçənlər media fəaliyyətlərinə toz qondurmazlar. Onlar hər zaman həm özlərinin, həm də işlədikləri media qurumunun nüfuzunu yüksək tutmağa çalışar, cəmiyyət içində ləyaqətlə davranarlar. Ki, birdən kimsə onların peşəsinə dil uzadar, artıq-əskik söz deyər. Əsl jurnalistlər onların yaşam səbəbinə dil uzadılmasını heç zaman həzm edə bilməzlər.

“Reket jurnalistlər”i bitirmənin zamanıdır

Jurnalistika müqəddəs peşədir. Bizə görə. Bu peşəni (həm də ixtisası) özünə həyat tərzi, yaşam səbəbi olaraq seçənlər media fəaliyyətlərinə toz qondurmazlar. Onlar hər zaman həm özlərinin, həm də işlədikləri media qurumunun nüfuzunu yüksək tutmağa çalışar, cəmiyyət içində ləyaqətlə davranarlar. Ki, birdən kimsə onların peşəsinə dil uzadar, artıq-əskik söz deyər. Əsl jurnalistlər onların yaşam səbəbinə dil uzadılmasını heç zaman həzm edə bilməzlər.

Bir də var jurnalistikadan sui-istifadə edənlər. Bunlara bizim media aləmində “reket jurnalistlər” deyilir. Bu adamlar cəmiyyətin ən aşağı səviyyəli üzvləridir. Bir qayda olaraq savadları aşağı, dünya görüşləri kasad, ədəb və əxlaqları da qüsurlu olur. Bunlar elə bir zümrədir ki, sözdən anlamazlar, qanun bilməzlər, jurnalistikanın əlifbasından belə xəbərləri olmaz. Amma açdıqları hər qapıda özləri kimi saxta jurnalist vəsiqələrini gözə dürtər, hələ üstəlik yekə-yekə media azadlığından danışarlar. Bu adamlar utanc nədir bilməz, böyük-kiçik tanımaz.

Qurucularından biri və idarə heyətinin üzvü olduğum Mətbuat Şurası düz 14 ildir ki, bu ünsürlərə qarşı mübarizə aparır. Onları haqq yoluna dəvət edir. Məhkəmələrdə sürünməmələri üçün ictimai qınaq yoluyla tərbiyə edilmələrinə yardımçı olmağa çalışır. Amma baxırıq ki, bəziləri özünü yığışdırsa da bir başqa qrupdan olanları nəinki düzəlmir, əksinə, hələ bir az da irəli gedir.

Bu “irəli gedənlər” reketlərin ən həyasız qismidir. Dedik axı, ədəbdən, əxlaqdan anlamazlar. İctimai qınaq onlar üçün heç nə ifadə etmir. Bunlar insanları şantaj edib, şərləyib pul qoparmaqla özlərini xoşbəxt sanarlar. Əslində, bu əməllərin sahibi kimi çox bədbəxtdirlər. Lakin bunu anlamazlar. Çünki anlamaq üçün zəkaları yetərli deyil.

Bugünlərdə də Mətbuat Şurası bu qəbildən olan bir qrup tiplə bağlı qərarını açıqladı. Onların insanları rahatsız edən qondarma media qurumlarını qara siyahıya əlavə etdi. Biz bunu edərkən düşünürdük ki, adamlar səhvlərini anlarlar, haqq yola dönərlər və bir daha belə əməllərə bulaşmazlar.

Olmadı. Belə olmadı.

Bu adamlar Mətbuat Şurasının üzvlərini hədəf alaraq qaralama kampaniyası başlatdılar. Bizim kimi normal və təvazökar insanların ağlına gəlməyəcək iddialar irəli sürdülər. Yəni belə anlaşılır ki, onların islah olunması üçün ictimai qınaq yetərli deyil. Daha sərt, daha təsirli yollara əl atmaq lazımdır.

Varmı belə yollar? Var əlbəttə. Ancaq həmin yollar MŞ-nın səlahiyyətləri çərçivəsində deyil. MŞ yalnız ictimai qınağı körükləndirə bilər ki, bunu da mümkün mərtəbədə edib.

Bəs növbəti addımları kim atmalıdır? Dövlət atmalıdır. İndi dövlətin gücünü bu ünsürlərə göstərməyin zamanı çatmışdır. Dövlət bu adamları bir-bir məsuliyyətə cəlb etməli, onların insanları rahatsız etməsinə son qoymalıdır.

Bu “reket jurnalist” adlanan, medianın üz qarası kimi cəmiyyəti narahat edən zümrə tam olaraq zərərsizləşdirilməlidir.

Biz dövlətin media azadlığına həssas münasibətini bilirik. Üstəlik, ölkə Prezidenti İlham Əliyev biz jurnalistlərin (söhbət həqiqi media təmsilçilərindən gedir) ən yaxın dostu və hamisidir. Yəni qanun və media etikası çərçivəsində davranan istənilən media təmsilçisinə bu ölkədə zaval yoxdur. Arxamızda Konstitusiya və qanunlar, onların ən ali təminatçısı olan ölkə prezidenti durub. Biz belə bir gözəl mənzərəni kimlərinsə gözdən salmasına, bulaşdırmasına imkan verə bilmərik.

Dövlətdən hərəkət gözləyirik. Bu reketlərin hər birinin mal varlığı – əmlakı, didik-didik aranmalı, nə yeyib-işdikləri araşdırılmalı, öz bəd əməllərini gerçəkləşdirmək üçün əl atdıqları bütün imkanlar nəzarət altına alınmalıdır.

Dövlət həm də qanunlara əl gəzdirərək jurnalistikadan sui-istifadəyə bulaşanların ömürlük bu peşədən uzaqlaşdırılması üçün imkanlara yol açmalıdır.

Necə olur ki, hansısa sürücü hansısa qəzaya səbəb olduqda bəlli bir müddətə sürücülük hüququndan, hansısa dövlət qulluqçusu törətdiyi cinayət üzündən hansısa müddətə vəzifə tutmaqdan, müəllim pedaqoji fəaliyyətlə bir araya sığmayan əmələ görə ömürlük təhsildən uzaq tutulur, amma jurnalistikadan sui-istifadə edənlər faş edildikdən sonra da bu işlə məşğul ola bilir? Bu, ədalətli yanaşma deyil. Qanunlar dəyişməli, bizim müqəddəs peşəmizə kir qonduranların bu işlə bir daha məşğul ola bilməməsi təmin edilməlidir.

Çıxış yolu budur.

Hə, bir də kimlərsə çıxıb söz azadlığı, media sərbəstliyindən söz edəcək. Etsin. Zatən bilirik ki, dövlət bu üz qarası zümrəyə qarşı ən sərt addımları atsa belə, ölkədə söz və mətbuat azadlığı heç bir zərər görməyəcək. Əksinə, medianın – jurnalistikanın keyfiyyəti yüksələcək.

Biz media təmsilçiləri olaraq dövlətin bu yöndə atacağı bütün konstruktiv addımların arxasında olmağa hazırıq.

AzNews.az