Salyanda balıq bazarı çöküb. Salyanda balıq bazarı çöküb.

Balıq bazarı çökdü - Gündüz 30 manata, axşam isə...

Salyanda balıq bazarı çöküb.

Rayondan AzNews.az-a verilən məlumata görə, səhər saatlarında bazara 30 manata çıxarılan balıqlar axşam saatlarında 15-20 manata satılır. Sakinlərin bildirirlər ki, hazırda alıçıların səbirsizliklə gözlədiyi ziyad balıqları bazarda satışdadır:

“Ziyad balığının 1 kloqramı 8-9 manata satılır. Damba balıqlarının da qiyməti qalxıb. Onun da 1 kloqramı 7 manatdır. Alıçı yoxdur. Səhər saatlarına bazara 30 manata çıxarılan balıq 2-3 saatdan sonra 15 manata təklif olunur. Satıçı bilir ki, axşama qalan balıq köhnəlmiş hesab olunduğundan onu heç kəs almayacaq”.

Yerli sakinlər balığın ucuzlaşmasını insanların daha çox ətə üstünlük verməsi ilə izah ediblər.

Bahar RÜSTƏMLİ
AzNews.az