Paytaxtın Nəsimi rayon ərazisində avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb edilib. Paytaxtın Nəsimi rayon ərazisində avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb edilib.

Bakıda avtoxuliqan saxlanıldı: 750 manat cərimə (Foto)

Paytaxtın Nəsimi rayon ərazisində avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb edilib.

AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, 90 TC 610 dövlət nömrə nişanlı, “Infiniti FX35” markalı avtomobilin sürücüsü Şirvanov Famil Məhərrəm oğlu reyd zamanı Nəsimi rayon Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Avtoxuliqan barəsində toplanmış materiallar Nəsimi rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsinə uyğun olaraq 750 manat cərimə olunub və 1 illik sürücülük hüququndan məhrum edilib.