Meşə massivində kömür quyuları qazılaraq qanunsuz yolla xeyli sayda ağaclar məhv edilib. Meşə massivində kömür quyuları qazılaraq qanunsuz yolla xeyli sayda ağaclar məhv edilib.

Oğuz meşəsində ağaclar kütləvi şəkildə məhv edilib - Video

Meşə massivində kömür quyuları qazılaraq qanunsuz yolla xeyli sayda ağaclar məhv edilib.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Oğuz rayonu ərazisində keçirdiyi reydlər zamanı ağac kömürü hazırlanması məqsədilə 84 ədəd quyu qazıldığı, qanunsuz yolla əldə edilmiş 103 kubmetr həcmində meşə materiallarından istifadə edildiyi aşkarlanıb.

Rayonun Muxas kəndində aparılan reyd zamanı meşə fonduna 2 min manatdan çox ziyan vurulduğu müəyyənləşib. Reyd zamanı aşkarlanan quyular yararsız hala salınıb.

Faktlarla bağlı təqsirkar şəxslər barəsində aktlar tərtib edilərək Oğuz rayon prokurorluğuna göndərilib.