06:28
(077) 610-22-33

Təhsil Nazirliyi qarşısındakı məşhur aksiyanın günahkarı tutuldu

  • >
702 25 Fevral 2013 16:13 | Cəmiyyət

Ötən ilin oktyabrında Təhsil Nazirliyi qarşısında bir qrup dindarın keçirdiyi aksiyada polisə xəsarət yetirdiyi üçün axtarışa verilən şəxs həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 5 oktyabr 2012-ci il tarixdə Təhsil Nazirliyinin qarşısında keçirilən qanunsuz aksiya zamanı ictimai qaydanı kobud surətdə pozduğuna və polisə zor tətbiq etməklə müqavimət göstərdiyinə görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddəsi ilə axtarışda olan, 1981-ci il təvəllüdlü Bakı şəhər sakini, Nərimanov rayonunda qeydiyyatda olan Rzayev Elşad Fikrət oğlu fevralın 24-ə keçən gecə gizləndiyi Suraxanı rayonu, Yeni yaşayış sahəsində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Qeyd edək ki, ötən il oktyabrın 5-də bir qrup dindar Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları hicaba qoyulmuş qadağanın götürülməsi tələbi ilə plakatlar qaldırıb, şüarlar səsləndiriblər. Hadisə yerinə cəlb olunmuş polislər aksiyanın qarşısını almaq istəyərkən qarşıdurma yaranıb. Toqquşma nəticəsində həm polis, həm də aksiya iştirakçıları arasında xəsarət alanlar olub. Qarşıdurmada Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırova da xəsarət yetirilib.

AzNews.az
Bağla X