Bu müddətdə xaricdə cəza çəkən 260 soydaşımız isə ölkəyə gətirilib Bu müddətdə xaricdə cəza çəkən 260 soydaşımız isə ölkəyə gətirilib

141 əcnəbi məhkum təhvil verilib

Bu müddətdə xaricdə cəza çəkən 260 soydaşımız isə ölkəyə gətirilib



Azərbaycan Ədliyyə Nazirliyi 30-dək ikitərəfli müqavilələrin, o cümlədən cinayət və mülki hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi üzrə öhdəliklərin icrasını həyata keçirir, 26 ölkənin Ədliyyə nazirlikləri ilə ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edir, 13 çoxtərəfli müqavilə üzrə isə mərkəzi və ya əlaqələndirici orqan qismində çıxış edir.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunun nəticəsində beynəlxalq hüquqi yardımla bağlı nazirliyə daxil olan sorğuların sayı dəfələrlə artaraq ötən ildə 13 mini ötüb.

Son 5 il ərzində Ədliyyə Nazirliyi tərəfindən 141 əcnəbi məhkumun təhvil verilməsinə, xaricdə cəza çəkən 260 soydaşımızın isə Azərbaycana gətirilməsinə nail olunub. Bundan əlavə, nazirliyin məsul şəxsləri tərəfindən xarici ölkələrə edilən səfərlər zamanı cəza çəkən Azərbaycan vətəndaşlarına baş çəkilərək onların saxlanma şəraiti və qayğıları ilə daim maraqlanılır, habelə bu sahədə ekspert məsləhətləşmələri aparılır. Təkcə son aylarda Rusiya, Gürcüstan, Türkiyə, İran və Çin tərəfi ilə Azərbaycan vətəndaşları olan məhkumların ölkəmizə verilməsi məsələsi, beynəlxalq öhdəliklərə riayət olunması, bu sahədə mövcud problemlər və onların aradan qaldırılması, çevikliyin təmin olunması üzrə danışıqlar keçirilib.

Həmçinin, Azərbaycan və İran arasında 1998-ci ildə bağlanmış müvafiq Müqaviləyə əsasən məhkumların mübadiləsi keçirilir və bu günlərdə İran vətəndaşı olan və müxtəlif cinayətlər törətmiş 33 məhkum qarşı tərəfə təhvil verilib.