Zığ qəsəbəsində drenaj sistemi qurmaq üçün aparılan qazıntı işi zamanı bir nəfər fəhlə torpağın altında qalıb. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs torpağın altından çıxarılaraq xəstəxanaya yerləşdirilib. Zığ qəsəbəsində drenaj sistemi qurmaq üçün aparılan qazıntı işi zamanı bir nəfər fəhlə torpağın altında qalıb. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs torpağın altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Uçqun zamanı torpağın altından çıxarılan fəhlənin vəziyyəti orta-ağırdır

Zığ qəsəbəsində drenaj sistemi qurmaq üçün aparılan qazıntı işi zamanı bir nəfər fəhlə torpağın altında qalıb. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs torpağın altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Suraxanı rayonu ərazisində yerləşən Zığ qəsəbəsinin 43 saylı yaşayış binasını uçmaq təhlükəsindən qorumaq üçün aparılan işlər az qala bir nəfərin həyatı bahasına başa gələcəkdi.

Xezerxeber.az-ın məlumatına görə, Sabunçuda yerləşən 3 saylı şəhər-kliniki xəstəxanasına yerləşdirilən Əmirəhməd Bağırzadənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə hadisənin yaşandığı 43 saylı binanın arxasında drenaj işləri aparılır. Məqsəd binanın möhkəmləndirilməsini təmin etməkdir.

Xatırladaq ki, yaranmış vəziyyətlə baglı binadan sakinlərin köçürülməsi prosesi yalnız Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra həyata keçirilə bilər.

AzNews.az