Bakıda universitetin qarşısından tələbə qız qaçırılıb. Bakıda universitetin qarşısından tələbə qız qaçırılıb.

Bakıda tələbə qız qaçırıldı

Bakıda universitetin qarşısından tələbə qız qaçırılıb.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Beyləqan rayon sakini, 1948-ci il təvəllüdlü Aslanova Tamilla Zeynalabdin qızı polisə müraciət edərək bildirib ki, noyabrın 17-də saat 13:00 radələrində Azərbaycan Pedaqoji Universitetin 2-ci kurs tələbəsi olan 18 yaşlı qızı Nigar (ad şərtidir) universitetin qarşısından qaçırılıb.

Şikayətçi əlavə edib ki, qızının qaçırılmasını Beyləqan rayon sakini, 1996-cı il təvəllüdlü Əliyev Mirkənan Nazim oğlu təşkil edib.

Qadın qızının evə qaytarılmasında polisdən kömək istəyib.