10:21
(077) 610-22-33

İcra başçısı Xocalı sakinləri ilə görüşüb

  • >
473 25 Fevral 2013 17:30 | Cəmiyyət

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Goradil qəsəbəsində yerləşən Evtikmə Kombinatında məskunlaşmış Xocalıdan olan sakinlərlə görüş keçirilib. İcra Hakimiyyətindən AzNews.az-a verilən məlumata görə, görüş zamanı Rayon İcra Hakimiyyəti tərəfindən Xocalıdan olan 45 şəhid ailəsinə humanitar yardım göstərilib.

Daha sonra rayon ictimaiyyətinin iştirakı ilə 284 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının birgə təşkilatçılığı ilə "Soyqırım abidəsinin dastanı" adlı tamaşanın nümayişi keçirilib. Nümayiş olunan tamaşa tarix boyu erməni terrorçularının Azərbaycan və türk xalqlarına qarşı törətdikləri insanlığa xas olmayan soyqırımın tarixindən və 26 fevral 1992-ci ildə Xocalıda baş vermiş soyqırımdan bəhs edir. Eyni zamanda rayon məktəbləri arasında "Müharibə uşaqların gözü ilə" adlı rəsm müsabiqəsinin qaliblərinin çəkdiyi rəsmlərin sərgisinə baxış da baş tutub.

AzNews.az

Bağla X