Ayrı-seçkiliyə son, yoxsa yeni mübarizə? Ayrı-seçkiliyə son, yoxsa yeni mübarizə?

Şeyx müavinini bütün səlahiyyətlərdən məhrum etdi – ÖZƏL

Ayrı-seçkiliyə son, yoxsa yeni mübarizə?



Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənın müavini Hacı Salman Musayevin səlahiyyətləri əlindən alınıb. Bu barədə AzNews.az-a daxil olan məlumata görə, Hacı Salman Şeyxin müavini vəzifəsində hələlik rəsmi olaraq saxlanılsa da, faktiki olaraq səlahiyyətlərindən məhrum edilib. Hazırda Hacı Salmanın vəzifəsini Haci Fuad Nurullah icra edir.

Şeyxin birinci müavininin səlahiyyətlərinin əlindən alınmasında son zamanlar mətbuatda Hacı Salmanın adının hallandırılması əsas rol oynayıb. Belə ki, bəzi mətbuat orqanları Hacı Salmanın hazırda həbsdə olan "qanuni oğru" Nadir Səlifovla həmyerli olduğuna diqqəti çəkərək onların hətta qohum olmaları barədə məlumatlar yayıblar. Eyni zamanda həmin məlumatlarda N.Səlifovla münasibətləri heç də yaxşı olmayan digər azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin QMİ sədri ilə eyni rayondan olması və biznes ortaqlığının olması da əksini tapıb. İki "qanuni oğru" arasındakı soyuq münasibətlərin Şeyx və onun birinci müavini arasındakı münasibətlərə də təsir göstərdiyi vurğulanır.

Məlumat üçün bildirək ki, Hacı Salman Musayev AzNews.az-a açıqlamasında Lotu Quli ilə qohumluq əlaqələrini olması barədə sualı cavablandırarkən "Mənim "Lotu Quli" adlı şəxslə heç bir qohumluq əlaqəm yoxdur. Gürcüstanda nə qədər azərbaycanlı yaşayır, onların məgər hamısı bir-biri ilə qohumdur?" - demişdi.

Azər
AzNews.az