İndiyə qədər qayda pozuntuları ilə bağlı sürücülərə yalnız şəkillər göndərilirdi. Artıq sürücülərə şəkillərlə yanaşı video görüntülər də göndərilir. İndiyə qədər qayda pozuntuları ilə bağlı sürücülərə yalnız şəkillər göndərilirdi. Artıq sürücülərə şəkillərlə yanaşı video görüntülər də göndərilir.

Sürücülərin diqqətinə - Bundan sonra videonuza da baxa biləcəksiniz - Video

İndiyə qədər qayda pozuntuları ilə bağlı sürücülərə yalnız şəkillər göndərilirdi. Artıq sürücülərə şəkillərlə yanaşı video görüntülər də göndərilir.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, sürücülərlə polis arasında mübahisələrə son qoyulur. Asanpay.az saytında elektron kabineti olan sürücülərə yenilik təqdim edilir. Belə ki, qayda pozuntuları ilə bağlı onlara daha dolğun məlumat çatdırılacaq.

Bakı Şəhər Dövlət Yol polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, elektron kabinetə görüntünün təqdim edilməsi sübutedici fakt kimi çıxış edə bilər. Bu da sonradan mübahisələr yaranan zaman onların qarşısını ala bilər

Görüntünün təqdim edilməsi əgər sürücü haqlıdırsa məsələnin onun xeyrinə həll edilməsinə də şərait yarada bilər. Sürücülər bu yeniliyi müsbət qiymətləndirirlər

Bu xidmətdən yararlanmaq istəyən sürücülər mütləq asanpay.az saytında elektron kabinet yaratmalıdırlar. Əks halda onlar qaydanı necə pozmaları haqqında ətraflı məlumata malik olmayacaqlar.