Ucuz qiymətə sünnət edən həkimlər peyda olub ki, onlar arasında stamotoloq, dermatoloq, hətta terapevtlər belə var. Ucuz qiymətə sünnət edən həkimlər peyda olub ki, onlar arasında stamotoloq, dermatoloq, hətta terapevtlər belə var.

Uşaqlarını sünnət etdirmək istəyən valideyinlər diqqətli olun! - Video

Ucuz qiymətə sünnət edən həkimlər peyda olub ki, onlar arasında stamotoloq, dermatoloq, hətta terapevtlər belə var.

AzNews.az xəbər verir ki, son illər uşaqların lazer üsulu ilə sünnət edilməsi fakı çoxalıb.

Əslində isə tibbdə lazerlə sünnət aparılması düzgün sayılmır. Bu barədə ''Xəzər Xəbər''ə, uşaq uroloq cərrahı Fuad Hüseynov deyib. Həkimin sözlərinə görə, dünyada belə bir texnika yoxdur ki, hər hansı orqanı, dərini kəsəsən, qan çıxmaya.

Həkim deyir ki, əslində bir çox klinikada həkimlər uşağın cinsiyət orqanına keyidci vurmalqa onu sünnət edirlər. Əslində bu da kökündən yanlışdır.

Başqa bir məsələ isə uşağın sünnəti zamanı düzgün seçilməyən həkimdir. Fuad Hüseynovun sözlərinə görə, sünnət uşaq uroloqu və uşaq cərrahı tərəfindən icra olunmalıdır. Təəssüflər olsun ki, sünnət edən həkimlər arasında stomatoloq, dermatoloq, hətta terapevtlər də var.

Həkim belə xəstələrdə gələcəkdə sonsuzluq riskinin çox olduğunu deyir.