09:47
(077) 610-22-33

Elşad Abdullayevdən İldırımzadəyə yeni video hədəsi

  • >
338 26 Fevral 2013 09:17 | Cəmiyyət

ABU-nun sabiq rektoru Elşad Abdullayev son yayımladığı videoda yer alan Rasim İldırımzadə ilə bağlı rəsmi açıqlamaların olmamasına görə yeni videolar yaymağa hazırlaşır. "Qafqazinfo"nun məlumatına görə, bu barədə rektorun sözçüsü Elnur Məcidli Facebook hesabında açıqlama yayıb.

"Rasim İldırımzadə ilə bağlı nə Daxili İşlər Nazirliyinin, nə də Respublika Baş Prokurorluğunun hələ ki, rəsmi açıqlaması yoxdur.

Rasim İldırımzadənin videodakı danışıqlarına bu qurumların açıqlama verməyə ləng tərpənməsi bu iki quruma da baş ucalığı gətirmir, əksinə belə bir halın yaranması hər iki qurumun və bu qurumların başındakı şəxslərin bu cinayətlə bir başa əlaqələri olduğunu ortaya çıxarır.

Rasim İldırımzadəylə bağlı rəsmi açıqlama bir az daha gecikərsə, biz bu şəxsin başqa videolarını da qoymaq məcburiyyətində qalacayıq.

Rasim İldırımzadə digər videolarda daha çox adamın adını çəkir, onların adından danışır, müxtəlif vəzifəli şəxslər haqqında fikir bildirir.

Rasim İldırımzadənin 25-ə qədər videosu var, vər hər video ayrı həngamədi, qısa zamanda yuxarıda adları çəkilən qurumlar məsələyə rəsmi reaksiya verməsələr, digər videoları da hissəylə qoyacayıq.

Biz hələ də təmkinlə bu iki qurumdan açıqlama gözləyirik, ancaq çox gözləməyəcəyik, bizim də səbrimiz tükənir".

AzNews.az
Bağla X