İcbari tibbi sığorta gələn il Azərbaycanın daha iki rayonunda tətbiq ediləcək. İcbari tibbi sığorta gələn il Azərbaycanın daha iki rayonunda tətbiq ediləcək.

İcbari tibbi sığortanın əhatə dairəsi genişləndirilir

İcbari tibbi sığorta gələn il Azərbaycanın daha iki rayonunda tətbiq ediləcək.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib: "Bu il Azərbaycanın iki rayonunda icbari tibbi sığorta ilə bağlı pilot layihə həyata keçirilib. İndi pilot layihənin yekunlarını təhlil etmək lazımdır. Düşünürəm ki, gələn il icbari tibbi sığortanın prinsipləri daha iki rayonda tətbiq ediləcək".