İsmayıllı sakini 2 velosipedi birləşdirərək, ikimərtəbəli velosiped düzəldib. Hündürlüyü 2 metrə yaxın olan bu nəqliyyat vasitəsini idarə etmək isə elə də asan deyil. İsmayıllı sakini 2 velosipedi birləşdirərək, ikimərtəbəli velosiped düzəldib. Hündürlüyü 2 metrə yaxın olan bu nəqliyyat vasitəsini idarə etmək isə elə də asan deyil.

İsmayıllıda ikimərtəbəli velosiped - Video

İsmayıllı sakini 2 velosipedi birləşdirərək, ikimərtəbəli velosiped düzəldib. Hündürlüyü 2 metrə yaxın olan bu nəqliyyat vasitəsini idarə etmək isə elə də asan deyil.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, İsmayıllı rayon sakini Əli İmanverdiyev velosipedin konstruksiyasında dəyişiklik edərək 1 metr 70 santimetr hündürlüyündə yeni minik vasitəsi hazırlayıb.

Sahibinin sözlərinə görə, iki velosipedin ehtiyat hissəsindən hazırlanan texnika digərlərindən sürət və idarəetmə baxımından fərqlənir.

Texnika döngələrdə çətin idarə olunsa da, istənilən velosipedçi tərəfindən rahat istifadə olunur. Velosipedə minmək və enmək elə də asan deyil.

Əli İmanverdiyev gələcəkdə bu velosipedin sürət qutusu olan versiyasını düzəltmək istəyir.