“Uduzsa da, bizi utandırmadı "Qarabağ"!” “Uduzsa da, bizi utandırmadı "Qarabağ"!”

Millət vəkilindən "Qarabağ"a cavab: "Bu komandaya güvənim..."

“Uduzsa da, bizi utandırmadı "Qarabağ"!”

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa "Qarabağ"-"Çelsi" oyununu şərh edərkən bildirib. O, qeyd edib ki, normal hakimlər oyunun başlarında belə epizodlarda qırmızı kart vermirlər:

“Cərimə verməkdə haqlı idi, uzağı, sarı kart verərək oyunun normal seyrini təmin etməli idi. Oyun sındırıldıqdan sonra onsuz da uduzan komandaya bəsit bir əngəlləməyə görə ikinci 11 metrlik cərimə zərbəsi belə asanlıqla verilmir. Burada ədalətsizlikdən söhbət getmir, hakimin əvvəlcədən nəzərdə tutduğunu həyata keçirməsindən, yəni planlı hərəkətindən söhbət gedir. Futbolda bunlar olur. Mən bilirsiniz nəyə sevindim? Komandamızın sona qədər sistemi pozulmadı, son üç oyunu azlıqda oynayır, ancaq mübariz xarakteri dəyişmir”.

Deputat Qurban Qurbanova Azərbaycan adına təşəkkür edib: “Son dörd oyunda meydanda məzlum komanda olmadı, hakimə rağmən dirəniş göstərən, rəqiblə baş-başa oyun oynayan, rəqibin avtoritetindən çəkinməyən bir komanda vardı... ən xoşuma gələn də oyunçuların emosional davranış göstərməməsi idi. Qərəzli hakimə qarşı hansısa sərt hərəkətə görə komandaya cərimə yükü gətirmədilər. Bu komandaya güvənim zərrə qədər də azalmadı. Uduzsa da, bizi utandırmadı "Qarabağ!"”.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin V tur matçı çərçivəsində Bakı Olimpiya stadionunda keçən qarşılaşmada "Qarabağ" "Çelsi"yə 4 cavabsız qolla məğlub.

Bahar RÜSTƏMLİ
AzNews.az