Havanın soyuq olması azarkeşlərin futbolu izləmək əzmini qırmamışdı, onlar futbolumuza, “Qarabağ”ımıza dəstək olmağa gəlmişdilər. Olimpiya meydanı insan selinə qərq olmuşdu. Havanın soyuq olması azarkeşlərin futbolu izləmək əzmini qırmamışdı, onlar futbolumuza, “Qarabağ”ımıza dəstək olmağa gəlmişdilər. Olimpiya meydanı insan selinə qərq olmuşdu.

“Qarabağ” - “Çelsi” oyununda təhlükəsizlik necə təmin olunub? - Fotolar

Havanın soyuq olması azarkeşlərin futbolu izləmək əzmini qırmamışdı, onlar futbolumuza, “Qarabağ”ımıza dəstək olmağa gəlmişdilər. Olimpiya meydanı insan selinə qərq olmuşdu.

AzNews.az xəbər verir ki, Daxili işlər orqanlarının və Təhlükəsizlik xidmətinin əməkdaşları həmişə olduğu kimi, bu dəfə də vəzifə başındaydılar. Stadiona giriş üçün azarkeşlərin yoxlanılmasından, öz yerlərini tutmalarına qədər hər şey onların nəzarətində idi. Təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğu göz qabağındaydı. Bunlar öz yerində, həm də onlar “Qarabağ”ımızın azarkeşiydilər.

Rəqib komandanın tərəfdarlarının da təhlükəsizliyi xüsusi diqqət mərkəzindəydi. Hər hansı bir xoşagəlməz hadisənin, neqativ halın qarşısını almaq üçün öncədən bütün lazımi tədbirlər görülmüşdü.

Yetmiş minə yaxın azarkeşi oyun bitəndən sonra gedəcəkləri ünvana istiqamətləndirməyi bir anlıq təsəvvür edin. Bunun da öhdəsindən gəldik. Arasında körpə uşaqların belə olduğu izdihamı heç bir problem yaşamadan, tam təhlükəsiz şəraitdə, əvvəlcədən təyin olunmuş avtobuslar mənzil başına çatdırdılar.

Bəli, görünən dağa bələdçi lazım deyil. Xüsusilə də sağlamlıq imkanları məhdud olanlara polis əməkdaşlarının xoş münasibət sərgiləməsi, stadionu daha rahat şəkildə tərk etmələri üçün yaradılan şəraiti insanlar razılıqla qarşılayıblar.