“Azərbaycanda 1 milyon 300 min pensiyaçı var. Burada bir məsələ diqqəti cəlb edir. Burada da ağır işlər silsiləsi qeyd olunanda əsasən kimyəvi zavodlarda və digər yerlədə işləyənlər nəzərdə tutulur ki, bu da işləyənlərin 2-3 faizini əhatə edir. Elə sahələr var ki, onlar nəzərdə tutulmayıb”. “Azərbaycanda 1 milyon 300 min pensiyaçı var. Burada bir məsələ diqqəti cəlb edir. Burada da ağır işlər silsiləsi qeyd olunanda əsasən kimyəvi zavodlarda və digər yerlədə işləyənlər nəzərdə tutulur ki, bu da işləyənlərin 2-3 faizini əhatə edir. Elə sahələr var ki, onlar nəzərdə tutulmayıb”.

“63 yaşlı insan nə qədər daş daşımalıdır ki, gəlib 65 yaşına çatsın?!” - Deputat pensiyalarla bağlı danışdı

“Azərbaycanda 1 milyon 300 min pensiyaçı var. Burada bir məsələ diqqəti cəlb edir. Burada da ağır işlər silsiləsi qeyd olunanda əsasən kimyəvi zavodlarda və digər yerlədə işləyənlər nəzərdə tutulur ki, bu da işləyənlərin 2-3 faizini əhatə edir. Elə sahələr var ki, onlar nəzərdə tutulmayıb”.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O sahədə olan çatışmazlıqlara toxunub: “Əgər kiminsə 50 yaşı varsa və o, pensiyaya çıxmaq istəyirsə, onların pensiya təminatı 65 yaşından başlayırsa, 63 yaşlı insan nə qədər daş daşımalı asfalt tökməklidir ki, gəlib 65 yaşına çatsın?! Bu baxımdan onlar başqa yollarla əlillik alıb pensiyaya çıxmalı olurlar”.

Deputat qeyd edib ki, bu cür kateqoriyalı insanların siyahısı hazırlanmalıdır: “Azərbaycanda tikinti sektorunda çalışanların hansı pensiya yaşında çıxmağı müəyyənləşməlidir. Müəllimlər, alimlərlə birgə tikintidə işləyənlərə eyni pensiya yaş həddini qoymaq düzgün deyil. Bu təbəqənin hüuquqlarını qorumalıyıq”.

S.Novruzov bildirib ki, ünvanlı sosial yardımların əvəzində müəyyən biznes yerləri açıla bilər, bu da yeni iş yerləri hesab olunur: “Bunun üçün maliyyə ayrılmalıdır. Biz onları ələbaxımlılıq sistemindən uzaqlaşdırmalıyıq. Onlar özləri çalışıb pul qazamalıdırlar. Əks halda ələ baxımılıqla bunun effektivliyi olmayacaq”.