Dağıstanın Azərbaycanla həmsərhəd olan Məhərrəmkənd rayonunda atışma olub. Dağıstanın Azərbaycanla həmsərhəd olan Məhərrəmkənd rayonunda atışma olub.

Sərhəddə atışma oldu, 6 nəfər saxlanıldı (Yenilənib)

Dağıstanın Azərbaycanla həmsərhəd olan Məhərrəmkənd rayonunda atışma olub.

AzNews.az Ria Novosti-yə istinadən xəbər verir ki, iki nəfərin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən atışmaya səbəb borc pul olub.

İnsidentlə əlaqədar 6 nəfər saxlanılıb, 15 nəfərədək şəxsin axtarışı davam etdirilir.

Ümumilikdə münaqişədə 20-dək şəxs iştirak edib. Onlardan bir qrupu Məhərrəmkənd rayonuna Dərbənd şəhərindən gəlib. Hadisəyə Məhərrəmkənd rayonu rəhbərinin qohumları iştirak edib. Onlardan biri Eldar Yaralıyev öldürülüb, rayon rəhbərinin qardaşı oğlu isə yaralanıb.

***

AzNews.az Ria Novosti-yə istinadən xəbər verir ki, insident nəticəsində 2 nəfər həyatını itrib.

Rayon administrasiyasının rəhbəri Fərid Əhmədov bildirib ki, ölənlərdən birinin rayon şurasının deputatıdır.

Daha 3 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Atəş açanlardan biri saxlanılıb, iki nəfəri isə hadisə yerindən qaçıb. Münaqişədə 8 nəfərin iştirak etdiyi bildirilir.