“Bunu Türkiyədəki kürd və erməni əsilli qruplar törədib”

Bunu AzNews.az-a siyasi şərhçi Fərhad Mehdiyev Ankaranın mərkəzi Qızılayda Xocalı soyqırımını anmaq üçün qurulan stendə hücumla bağlı məsələyə münasibət bildirərkən deyib.

Hazırda Türkiyədə keçirilən Xocalı faciəsinin anım tədbirlərində iştirak edən F.Mehdiyev qeyd edib ki, bəzi erməni və kürd əsilli qruplar həm türk millətçiliyinə qarşıdır, həm də separatçılığa meyillidirlər: "Hesab edirəm ki, bəzi kürd və erməni əsilli qruplar türk xalqlarının münasibətlərinin yaxşı olmasını istəmir. Eyni zamanda onlar separatçılığa meylli olduqlarından belə addımlar atırlar".

Qeyd edək ki, Gökbörü Türkçülər Dərnəyinin tədbirinə bir qrup şəxsin hücumu nəticəsində 7 nəfər yaralanıb. Bununla bağlı jurnalistlərə açıqlamasında Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alpər də öz münasibətini bildirib. Səfir iki ölkə arasında münasibətlərin daim yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayaraq Türkiyənin Azərbaycanı dəstəklədiyini diqqətə çatdırıb.

Gültəkin
AzNews.az