“Bu qədər tamaşaçı zövqünə sayğısızlıq, bu qədər səviyyəni aşağı salmaq olmaz axı...” “Bu qədər tamaşaçı zövqünə sayğısızlıq, bu qədər səviyyəni aşağı salmaq olmaz axı...”

Deputat "Ayə, harayə gedirsən, ayə"yə görə AzTV rəhbərinə səsləndi: “Arif Alışanov qafası...” - Video

“Bu qədər tamaşaçı zövqünə sayğısızlıq, bu qədər səviyyəni aşağı salmaq olmaz axı...”

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa “Pontominm” teatrının aktyoru Vüsal Rzasoyun AzTV-də yayımlanan “Müasir Azərbaycan Gəncliyi” verilişindəki “Ayə, harayə gedirsən ayə?” adlı mahnısına münasibətində deyib. Onun sözlərinə görə, Vüsal Rzasoy ifası ilə indiki cəmiyyətin arzuladığı gəncliyin obrazındakı fərqi göstərib:

“Müasir Azərbaycan gənci... Adam AzTV-dəki gənc obrazı ilə cəmiyyətin arzuladığı gənc obrazındakı fərqi göstərib. Əslində bu musiqiçinin istedadı barədə bir şey söyləməkdən çəkinirəm. Başqa çıxışlarını izləməmişəm, ola bilsin ki, haqsızlıq edərəm. Ancaq "ayə, harayə gedisən, ayə" ifadəsində çox güman ki, cəmiyyətə üstüörtülü sual verib ki, bu Arif Alışanov qafası ilə AzTV kimi dövlət büdcəsindən maliyyələşən televiziya "hara gedir e...." Bu qədər tamaşaçı zövqünə sayğısızlıq, bu qədər səviyyəni aşağı salmaq olmaz axı...”

Qeyd edək ki, AzTV-nin efirində yayımlanan “Müasir Azərbaycan Gəncliyi” verilişinə qonaq olan Vüsal Rzasoyun ifası sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İfaçının proqramda “Ayə, harayə gedirsən ayə?” çıxışı studiyada əyləşən qonaq və aparıcının təəccübünə səbəb olub.

Bahar RÜSTƏMLİ

AzNews.az