İtaliyalı şair və bəstəkar Davide Qualtierinin Xocalı soyqırımına həsr etdiyi şeiri təqdim edirik. Şair Qulu Ağsəs italiyalı həmkarının şeirini Azərbaycan dilinə çevirib. İtaliyalı şair və bəstəkar Davide Qualtierinin Xocalı soyqırımına həsr etdiyi şeiri təqdim edirik. Şair Qulu Ağsəs italiyalı həmkarının şeirini Azərbaycan dilinə çevirib.

İtaliyalı şairin Xocalı ŞEİRİ

İtaliyalı şair və bəstəkar Davide Qualtierinin Xocalı soyqırımına həsr etdiyi şeiri təqdim edirik. Şair Qulu Ağsəs italiyalı həmkarının şeirini Azərbaycan dilinə çevirib.



XOCALI

Şərqdən gələn qonağın
yükü hekayət olar –
amma mən eşitdiklərim…
inanmıram dünyada
belə cinayət ola…

Uzaq, günəşli ölkədə
25 fevral gecəci
qarlı kölgədə
qırdılar 613 günahcız adamı –
aman vermədilər biri də qaça
Xocalı şəhid oldu,
Xo-ca -…

Elə bil muncuq
üzüldü sapınnan
topasına biçdilər xocalıları –
topunan…

Xocalı!
qətlinə fərman verənlər -
cani!
bu zülmü görənlər -
cani!
görüb-götürənlər -
cani!
Amma göylər
götürməyəcək bu qədər qanı
and içirəm:
Tanrı canı…

Sətri tərcümə: Mais NURİYEV