21:40
(077) 610-22-33

Əvəz Zeynallı kəskin baş ağrılarından əziyyət çəkir

  • >
351 26 Fevral 2013 15:01 | Cəmiyyət

Fevralın 25-i axşam saatlarında Penitensiar Xidmətin mərkəzi xəstəxanasının həkimləri Bakı İstintaq Təcridxanasında "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallını müayinədən keçiriblər. Məlumatı "Media forum" saytına jurnalistin həyat yoldaşı Məlahət Zeynallı verib. Onun sözlərinə görə, Əvəz Zeynallının sağlıq durumu tibbi-müayinə məntəqəsinə köçürülməsinə əsas verir.

Ötən həftə Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidova müraciət edərək səhhətində problemlər yarandığını bildirib, tibbi müalicə müəssisəsinə köçürülməsini xahiş edib. O, müraciətində ürəyində ağrılar olduğunu, əsəb gərginliyi keçirdiyini, kəskin baş ağrılarından əziyyət çəkdiyini, nəfəs almasında problemlər yaşadığını və şəkər xəstəliyinin əlamətlərini müşahidə etdiyini vurğulayıb.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. Baş redaktor külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və təkrar rüşvət almada ittiham olunur. Ona xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ittihamı da irəli sürülüb. Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. 2013-cü il fevralın 13-də dövlət ittihamçısı baş redaktora 2 il hər hansı vəzifə tutmaq hüququndan məhrum olunmaqla 11 il həbs cəzası verilməsini təklif edib.
Bağla X