Qərbdə qəzalara xəstəlik kimi baxılır. Hər bir xəstəlik sağalan kimi, qəzaların da sayını azaltmaq olar. Qərbdə qəzalara xəstəlik kimi baxılır. Hər bir xəstəlik sağalan kimi, qəzaların da sayını azaltmaq olar.

Texas Universtetinin azərbaycanlı alimi mühüm tədqiqat üzərində işləyir - Video

Qərbdə qəzalara xəstəlik kimi baxılır. Hər bir xəstəlik sağalan kimi, qəzaların da sayını azaltmaq olar.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, ABŞ-ın Texas Universtetində dərs deyən salyanlı gənc alim Bahar Dadaşova yol qəzalarının sayını sıfıra endirmək üçün tədqiqatlar aparır. Elmi araşdırmalar müsbət nəticə verərsə, bu, Azərbaycanda da tətbiq edilə bilər.

Əslən Salyan rayonunun Kürkənd kəndindən olan Bahar Dadaşova hazırda ABŞ-ın Texas Universtetinin gənc professorudur. Onun ABŞ-a gedən yolu isə elə yerli təhsil ocaqlarından başlayıb.

2000-ci ildə orta məktəbi başa vuran Bahar yüksək balla Azəbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi əlaqələr fakültəsinə daxil olur. 2004-cü ildə ali məktəbi qırmızı diplomla bitirdikdən sonra gənc xanım elmi biliklərini artırmaq arzusu ilə Portuqaliyanın Nova Universitetinin magistraturasuna qəbul olub. Nə qədər çətin olsa davalideyinləri onun bu arzusunu reallaşdırmaqda yardımçı olublar.

2007-ci ildə magistraturanı uğurla başa vuran Bahar Dadaşova həmin il Karl III Madrid Universitetində riyaziyyat mühəndisliyi ixtisası üzrə elmi işçi kimi fəaliyyətə başlayıb. O, öz tədqiqatlarında yol qəzalarının baş vermə səbəbləri və onun aradan qaldırılmasının optimal yolları barədə problemləri öyrənir.

Sonra Madrid Politexnik Universitetinə dəvət alan Bahar Dadaşova 2009-2014-cü illərdə həmin təhsil müəssisəsində assisent kimi tədqiqat işlərini davam etdirib. Həmin ilin axırında "Qəza dərəcələrinin təkamülünün təhlili üçün dinamik statik modellər: Metodologiya və hesablama aspektləri" mövzusunda disertasiya işini müdafiə edərək riyaziyyat mühəndisliyi üzrə fəlsəfə doktoru-alimlik dərəcəsini alıb.

Artıq 34 yaşlı gənc alim 3 ildir ki, Amerikanın Texas Universitetində dərs deməklə elmi-tədqiqat işlərini də davam etdirir.