04:21
(077) 610-22-33

Nazirlər Kabineti ezamiyyə xərclərinin normalarına dəyişiklik edib

  • >
408 26 Fevral 2013 16:22 | Cəmiyyət

Nazirlər Kabineti (NK) "Ezamiyyə xərclərinin normaları haqqında" qərarında dəyişiklik edib.

APA-nın NK-nın rəsmi saytına istinadən xəbərinə görə, dəyişiklikliyə əsasən, baş nazirə, Milli Məclisin, Konstitusiya Məhkəməsinin sədrlərinə, onların müavinlərinə, Aparat rəhbərlərinə, Ali Məhkəmə, Hesablama Palatası, Məhkəmə-Hüquq Şurası, Mərkəzi Seçki Komissiyası, Milli Televiziya və Radio Şurasının sədrlərinə, ombudsmana, Baş prokurora, apellyasiya məhkəmələrinin sədrlərinə, deputatlara, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və Bakı Şəhər İcra Hakimiyyəti başçısına xidməti ezamiyyətlər zamanı ezamiyyə xərclərinin 1 günlük normasının 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri ödənilir. Həmin şəxslərə və diplomatik fəaliyyəti dövründə fövqəladə və səlahiyyətli səfir dərəcəsi olanlara, eləcə də ölkə prezidenti tərəfindən yaradılmış hökumətlərarası komissiyaların tərkibinə daxil olan şəxslərə nəqliyyat xərcləri təyyarə üçün "biznes klass", dəmiryol qatarları üçün "biznes klass" və ya "2 yerli kupeli yumşaq vaqon" tarifləri ilə ödənilir, bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün "ekonom klass", dəmiryol qatarları üçün "4 yerli kupeli vaqon" tarifləri ilə ödənilir.



Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətlərinin rəhbərləri beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak etmək üçün xarici ölkələrə ezam olunduqda, qəbul edən tərəfin protokol qaydalarına uyğun olaraq mehmanxanada yerləşdirildikdə, ezamiyyə xərcləri təqdim olunmuş sənədlərə əsasən faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizindən çox olduğu hallarda, həmin fərq mehmanxana günləri üçün ezamiyyə xərclərinə əlavə xərc olaraq ödənilir. Bu qayda ilə mehmanxanada yerləşdirilən həmin rəsmi nümayəndə heyətinin digər üzvlərinin ezamiyyə xərcləri təqdim olunmuş sənədlər əsasında müvafiq ölkələr üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin 1 günlük normasından 1,5 dəfədən çox olmamaq şərti ilə ödənilir.

AzNews.az
Bağla X