Bir neçə aylıq fasilədən sonra toy mövsümü yenidən start götürdü. Çal-çağır, yeni qurulan ailələrin sevinci istər-istəməz çöhrəmizdə təbəssüm yaradır. Amma həm də narahatlıq. Toylara atacağımız pulun dərdi çoxlarımızı dərdə salıb. Bəli, təəssüf ki, toy adətlərimizi elə eybəcərləşdirmişik ki, indi özümüz əlində girinc qalmışıq. Bir neçə aylıq fasilədən sonra toy mövsümü yenidən start götürdü. Çal-çağır, yeni qurulan ailələrin sevinci istər-istəməz çöhrəmizdə təbəssüm yaradır. Amma həm də narahatlıq. Toylara atacağımız pulun dərdi çoxlarımızı dərdə salıb. Bəli, təəssüf ki, toy adətlərimizi elə eybəcərləşdirmişik ki, indi özümüz əlində girinc qalmışıq.

Toylarımız əvvəlki toy deyil

Bir neçə aylıq fasilədən sonra toy mövsümü yenidən start götürdü. Çal-çağır, yeni qurulan ailələrin sevinci istər-istəməz çöhrəmizdə təbəssüm yaradır. Amma həm də narahatlıq. Toylara atacağımız pulun dərdi çoxlarımızı dərdə salıb. Bəli, təəssüf ki, toy adətlərimizi elə eybəcərləşdirmişik ki, indi özümüz əlində girinc qalmışıq.

Kiçicik bir araşdırma aparılsa, məlum olar ki, banklardan böyük faizə kredit götürənlərin əksəriyyəti “toy qurbanları”dır. Cehiz, gəlinə zinət əşyaları, pal-paltar almaq, toy məclisi düzənləmək məqsədi ilə kredit götürüb bankların girovuna çevrilən nə qədər ailə var. Ətrafımızda olan bu adət-ənənə qurbanları ”Vağzalı” sədası qulaqlardan getməmiş krediti ödəyə bilmədiklərinə görə aldıqları mebeli, zinət əşyalarını dəyər-dəyməzə satıblar ki, bankın cəngindən qurtarsınlar. Amma mümkün olmayıb, şişən bank faizlərinə görə ev-eşiyini, işini qoyub paytaxta gunəmuzd işləməyə gedən nə qədər adam tanıyıram. Nə isə, bu ayrı söhbətin mövzusu. Deməyim budur - bizə belə toy lazımdırmı? Kimlərə görəsə özünü göz görəsi kredit bataqlığına atmaq, qurulan yeni ailəni maddi çətinliklə üz-üzə qoymaq valideynlik borcudurmu?

Yadımdadır, ötən əsrin 70-ci illərində varlı-kasıblığından asılı olmayaraq qız toylarında (o vaxt qız–oğlan toyları ayrı keçirilərdi) tək şirin qovurma ilə plov, oğlan toylarında isə əlavə olaraq sous verilərdi. Baxmayaraq ki, ətin kiloqramı 2-3 manata idi. Onda toya 5 manat salanda belə toy sahibinə maddi dəstək olurdun. İndi 50 manat atsan da, toy edənin xərci borcunu ödəmir. Niyə? Şadlıq evlərinin, müğənnilərin gündən–günə artan qiymətləri, zəngin toy süfrələri, zalın bəzədilməsi, toyun çəkilişi və sair və ilaxır. Hələ rayon yerində gəlinin bəzədilməsi, gəlin paltarının qiyməti təklikdə 300 manatdan aşağı deyil. Bu qədər vəsaiti əldə etməyə isə beş-onunun imkanı çatır, qalanları borc götürür. Toyda yığılan məbləğ də edilən xərcləri ödəmədiyindən toy sahibi düşür borc bataqlığına. Kimə göstəririk, niyə göstəririk özümüzü? Ləbləbi, el dəbi deyə-deyə yaxşı adətlərimizin axırına çıxıb pislərin ətəyindən yapışmışmaqla nə qazanırıq? Toylara çəkilən bu qədər xərcin müqabilində qurulan ailələr də möhkəm olsaydı, dərd yarıydı. Maşın təkərlərinin izi ,toyun səsi qulaqlardan getməmiş boşanma havası çalınır...

Var idi vaxtında nə gözəl toy adətlərimiz-gəlinin başına qırmızı tirməyi şal salardılar ki, yad gözlərdən, bədnəzərdən uzaq olsun, həm də çöhrəsindəki həya pərdəsi həris nəzərlərə tuş gəlməsin. İndi baxın toy şənliklərindəki gəlinlərin geyiminə. Az qala yarımçılpaq! Avropa geyimlərinin Şərq adət-ənəsinə sintezi necə gülünc görünür!.Bəylə gəlinin toyun əvvəlindən axırına kimi atılıb düşməsi də “ucuzluq” deyil, yüngüllük nişanəsidir. Xatırlayaq “Arşın mal alan”dakı, ”O olmasın, bu olsun” dakı toy səhnələrini. Elə ötən əsrin son onilliyinə kimi cənub toylarında da bəylə gəlin ən sonda qol açıb oynayardı,özü də onları məslisin “ağa”sı oynadardı.Hamımız intizarla gözləyirdik həmin anları. İndi ”Vağzalı” havası da sıradan çıxmaqdadır. Çox məclisdə bəylə gəlin məclisə əcnəbi havaların sədasında təşrif buyurur.Bu yerdə deyənlər tapıla bilər ki, ”Hə,nə olsun ki?” Heç, sadəcə, cibdəki son manatımız,üzümüzdəki abır-həyamız,gözəl adət-ənələrimiz nə qədər ki, tam əldən getməyib düşünək bir az. Dəyər verək qəpiyimizə, ənənəmizə, bu günümüzə. Axı,zəngin süfrə açmadan, zəngin bər-bəzək taxmadan da xoşbəxt olmaq mümkündür? Yeri gəlmişkən,bu gün iki toya dəvətliyəm. Xoşbəxt olsunlar!

Esmira İsmayılova

Lənkəran