«BİZ ƏMƏKDAŞLIQ ETMƏLİYİK, VURUŞMAMALIYIQ” «BİZ ƏMƏKDAŞLIQ ETMƏLİYİK, VURUŞMAMALIYIQ”

Təhsil Nazirliyindən TQDK-ya 58 səhifəlik cavab

«BİZ ƏMƏKDAŞLIQ ETMƏLİYİK, VURUŞMAMALIYIQ”



Təhsil Nazirliyi birinci siniflər üçün "Riyaziyyat" və "Azərbaycan dili" dərslikləri ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iradlarına münasibətini açıqlayıb. Arayış şəklində rəsmi olaraq təqdim olunan sənəddə ittihamlara cavab verilib. Bunu AzNews.az-a açıqlamasında Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, müəlliflər və Dərslikləri Qiymətləndirmə Şurasının üzvlərindən ibarət ekspert qrupunun hazırladığı arayışların hər biri 29 səhifədən ibarətdir. Burada TQDK-nın səsləndirdiyi hər bir iradla bağlı geniş rəy verilib:

radların əsassız olduğu ekspert rəyində əksini tapıb. Biz demirik ki, dərsliklərdə heç bir problem yoxdur. Bu bizim üçün yeni sahədir. 5 ildir ki, milli kurikulum əsasında dərslik hazırlanır. Ancaq tənqidi fikirləri başda nazir olmaqla hər kəsə- müəlliflərə, nazirlik əməkdaşlarına qarşı məsuliyyətsiz ifadələrlə bəyan etmək olmaz. Biz əməkdaşlıq etməliyik, vuruşmamalıyıq. Çünki məqsədimiz təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsidir".

Nazirlik rəsmisi 1-ci siniflər üçün digər dərsliklərlə bağlı rəyin hazır olduğunu və 3-cü siniflərlə bağlı rəyin hazırlandığını da diqqətə çatdırıb.

Qeyd edək ki, TQDK-da keçirilən müzakirələrdə dərsliklərin istifadəyə yararsız olduğu barədə fikirlər səsləndirilmişdi.

Elnarə Əlosmanqızı
AzNews.az