Dədələrimiz küssələr də…

İlham Tumas

Hər şey bu­gün­kü ki­mi ya­dım­da­dır. Ne­cə ol­du ki, Xocalı qırğınından son­ra iki yüz, üç yüz tə­lə­bə ali mək­tə­bin qar­şı­sı­na yı­ğıl­dı və tə­ləb elə­di ki, dö­yü­şə get­mək is­tə­yi­rik; ne­cə ol­du ki, bi­zim bu tə­lə­bi­miz bə­yə­ni­lən­də hə­min bir ne­çə yüz adam­dan cə­mi 40 tə­lə­bə qal­dı; ne­cə ol­du ki, hə­min 40 tə­lə­bə Azərbay­ca­nın dö­yüş ge­dən böl­gə­lə­ri­nə da­ğıl­dı­lar və ne­cə ol­du ki, ma­yın əv­vəl­lə­rin­də ilk dö­yü­şə gir­dik və hə­min may gü­nün­də ba­şa düş­dük ki, doğ­ru­dan da, qa­nın tər­ki­bi də­mir­lə zən­gi­niy­miş, de­mək olar ki, ey­ni qo­xu­lar­dır.

Hər şe­yi yax­şı xa­tır­la­yı­ram: ne­cə ol­du ki, əməl­lə­ri­miz­dən in­cik ata­la­rı­mız bi­zi yo­la sal­maq üçün de­yil, "qa­çaq-qul­du­ra" qo­şu­lub-qo­şul­ma­ma­ğı­mı­zı yox­la­maq­dan öt­rü vağ­za­la yığışdı­lar…

Hər­dən mə­nə elə gə­lir ki, o gün­lər­dən bə­ri biz­də heç nə də­yiş­mə­yib: ne­cə ki, o vax­tın dö­yüş­çü­lə­ri­nə yax­şı bir ad tap­mış­dı­lar, elə­cə də in­di dö­yüş ar­zu­la­yan­la­ra ey­ni yar­lı­ğı yapış­dı­rır­lar: də­də­sin­dən kü­sən­lər!

Yə­qin ki, Azər­bay­ca­nın bü­tün də­də­lə­ri dö­yüş­lə­rə ge­dən oğul­la­rın­dan kü­sür­lər. Bir tə­rə­fə ba­xan­da, də­də ney­lə­sin axı? Adə­tən də­də­lər dün­ya gör­müş adam­lar olur­lar, bi­lir­lər ki, oğul dö­yüş­mək­dən­sə, ge­dib ya­xa­sı­na "Pilsener" ya­zıl­mış "far­tuk" ge­yi­nib bir in­gi­li­sin, ya fran­sı­zın qa­ba­ğı­na bir parç pi­və qo­ya­raq, "Please, mister, zə­hə­rin ol­sun" de­sə yaxşıdı. An­caq "də­də­sin­dən kü­sən­lər" bu­nun əvə­zi­nə ge­dib yer­lə-göy­lə əl­lə­şir­lər. On­la­rın tay-tuşla­rı bu­ra­da mək­təb oxu­yan­da, alim olan­da, qals­tuk ta­xıb si­ya­sə­tə qo­şu­lan­da, on­lar dağ­da-də­rə­də can­la­rı­nı və sağ­lam­lıq­la­rı­nı, vaxt­la­rı­nı iti­rir­di­lər. Ona gö­rə də bir tə­rə­fə baxan­da də­də­lə­ri­nin on­lar­dan küs­mə­yə haq­la­rı vardı.

An­caq hə­lə hər şey iti­ril­mə­yib. Biz də­də­lə­ri­mi­zin kön­lü­nü ye­ni­dən ala bi­lə­rik: ye­ni­dən savaş yo­lu­nu tut­maq­la hər şe­yi əvvəl­ki xoş za­man­la­ra qay­tar­maq müm­kün­dür. Əsl müba­ri­zə və dö­yüş isə ona de­yər­lər ki, də­də­lər "sər­səm" oğul­la­rın­dan küs­mə­sin­lər, əsl oğul ona de­yə­rəm ki, və­tə­nin xoş­bəxt­li­yi­ni öz xoş­bəxt­li­yi, fa­ciə­si­ni isə öz fa­ciə­si ki­mi qəbul edə bil­sin...

Ya­dım­da­dır ki, o vaxt­lar biz öz ara­mız­da dö­yüş­dü­yü­müz or­du­ya "Ba­har Or­du­su" deyərdik. Bu­ra­da hər şey ba­har qo­xu­lu idi: tank­la­rın tır­tıl­la­rı al­tın­dan əzi­lən ot­lar­dan tutmuş, in­san­la­rın nə­fəs­lə­ri­nə və qə­lə­bə­lə­ri­mi­zə qə­dər hər şey ba­har qo­xu­su ve­rir­di.

Biz həmin may gü­nün­dən düz 21 il son­ra ba­har qoxulu o torpaqlara qa­yı­da­caq Ba­har Ordusu­nun tən­tə­nə­li ge­di­şi­nə ina­nan və göz­lə­yən dö­yüş­çü­lə­rik…

Də­də­lə­ri­miz biz­dən ye­nə in­ci­sə­lər be­lə...
---
Lent.az