Valideyn himayəsindən məhrum olmaları və müvafiq dövlət strukturlarında qeydiyyata alınmamaları səbəbindən baxımsız qalmış uşaqların sosial təminatla əhatə olunmaları və sosial reabilitasiya edilmələri məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində 50 nəfərlik ixtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa etdirilir Valideyn himayəsindən məhrum olmaları və müvafiq dövlət strukturlarında qeydiyyata alınmamaları səbəbindən baxımsız qalmış uşaqların sosial təminatla əhatə olunmaları və sosial reabilitasiya edilmələri məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində 50 nəfərlik ixtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa etdirilir

Uşaqlar üçün sığınacaq tikilir

Valideyn himayəsindən məhrum olmaları və müvafiq dövlət strukturlarında qeydiyyata alınmamaları səbəbindən baxımsız qalmış uşaqların sosial təminatla əhatə olunmaları və sosial reabilitasiya edilmələri məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində 50 nəfərlik ixtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa etdirilir




. Bu barədə məlumat nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilib. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən inşa olunan mərkəzin və sığınacağın tikintisinin cari ildə başa çatdırılması, həmçinin respublikanın daha 7 rayonunda belə mərkəzlərin yaradılması planlaşdırılır.
Sosial reabilitasiya mərkəzləri və sığınacaqlar baxımsız qalmış uşaqların problemlərinin həllinə, təhsillərinin inkişaf etdirilməsinə, cəmiyyətə inteqrasiya olunmalarına kömək göstərəcək, onlara tibbi, hüquqi, sosial xidmətlərin göstərilməsini təmin edəcək. Həmçinin ehtiyac olduğu təqdirdə baxımsız uşaqlar sığınacaqla təmin olunacaq.


Elnarə Əlosmanqızı
AzNews.az