Sabiq vergilər naziri Fazil Məmmədovun qızı Selcan Məmmədova atasının işdən çıxarılması haqda xəbərə sosial şəbəkələrdə son dərəcə qeyri-adi reaksiya verib. Sabiq vergilər naziri Fazil Məmmədovun qızı Selcan Məmmədova atasının işdən çıxarılması haqda xəbərə sosial şəbəkələrdə son dərəcə qeyri-adi reaksiya verib.

“23 il hökumətə şərəflə xidmət etdi” - Fazil Məmmədovun qızı

Sabiq vergilər naziri Fazil Məmmədovun qızı Selcan Məmmədova atasının işdən çıxarılması haqda xəbərə sosial şəbəkələrdə son dərəcə qeyri-adi reaksiya verib.

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Selcan Məmmədova atası ilə birgə şəkillərdən seçmələr paylaşıb və onlara bu qeydi əlavə edib:

“Bu mahnı mənim atam üçündür, hansı ki, həmişə insan olaraq qalıb. Hansı ki, dürüstlük hər şeydən daha əhəmiyyətli idi. Böyük ürəkli insan üçün... Ata üçün, hansı ki, şərəf və ləyaqətlə 23 il hökumətə xidmət etdi”.

Xatırladaq ki, F. Məmmədov vergilər naziri vəzifəsindən 5 dekabrda Azərbaycan prezidentinin sərəncamı ilə azad edilib. Onun yerinə sabiq təhsil naziri Mikayıl Cabbarov təyin edilib.