Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elxan Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elxan Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Kriminal avtoriteti öldürən şəxsə hökm oxundu - 18 il həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elxan Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Ağayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il matın 22-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Elxan Şıxbaba oğlu Ağayev aralarında yaranmış mübahisə zəminində qohumu, 66 yaşlı Balaəhməd Əliməmməd oğlu Balaəhmədovu bıçaqla qətlə yetirib.

Cinayəti törətmiş E.Ağayev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Elxan Ağayev əvvəllər Cinayət Məcəlləsinin 234, 126 və 207-ci maddələri ilə məhkumluq həyatı yaşayıb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, 1 ay bundan əvvəl B.Balaəhmədov onu bıçaqlayıb. İndi isə E.Ağayev qisas məqsədilə B.Balaəhmədovu öldürüb.

Baləhməd Balaəhmədov 30 ildən yuxarı məhkumluq həyatı yaşayıb və kriminal aləmdə “Yaşa Bakinski” ləqəbi ilə tanınıb.

AzNews.az