Şamaxı rayonunda torpaq sürüşməsi baş verib. Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.

Şamaxıda torpaq sürüşməsi baş verib, evlərə ziyan dəyib

Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, bir neçə gündür davam edən yağıntılar səbəbindən rayonun 48 məhəllə adlanan ərazisində böyük torpaq axını qeydə alınıb.

Bu gün səhər saatlarında baş verən torpaq sürüşməsi bir evin sanitar qovşağının, həyətdəki tikililərin və 7 metrlik hasarın uçmasına səbəb olub.

Ümumiyyətlə, son bir həftə ərzində sözügedən ərazidə hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb. Ətrafda yerləşən 5 ev qəzalı vəziyyətə düşüb və artıq bir evin sakini köçüb. İki evin hasarı və kiçik tikililərdə çatlar yaranıb. Dağıntı qeydə alınan evlərin sakinləri gecəni qohumlarının evində keçirmək məcburiyyətində qalıblar. Sürüşməyə səbəb olan qrunt suları isə evlərin zirzəmilərinə dolub.

Artıq sürüşmənin vurduğu ziyanla bağlı lazımi qurumlara məlumat verilib. Şamaxı Rayon İcra Hakimiyyətindən "Report"un yerli bürosuna bildirilib ki, RİH-in Memarlıq və tikinti şöbəsinin mütəxəssisləri əraziyə baxış keçrib: "Qəzalı vəziyyətə düşən evlər aktlaşdırılıb. Sənədlər bir neçə gündən sonra müvafiq nazirliklərə göndəriləcək".