Ağdaş rayonunda intihar etdiyi deyilən 16 yaşlı qızın ölümünün təfərrüatı məlum olub. Ağdaş rayonunda intihar etdiyi deyilən 16 yaşlı qızın ölümünün təfərrüatı məlum olub.

İntihar etdiyi deyilən 16 yaşlı qızdan xəbər var - “Öldüyünü atası bilmir...”

Ağdaş rayonunda intihar etdiyi deyilən 16 yaşlı qızın ölümünün təfərrüatı məlum olub.

Rayonun Ləki kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, 10-cu sinif şagirdi Mehriban Osmanova intihar etməyib. O, həyətlərindəki turnikdə idman edərkən yıxılıb:

“Mehriban turnikdən yıxılıb, başı betona dəyib. Ağır kəllə-beyin travması alıb. Həmin vaxt anası evdə olub. Həyətə çıxanda baxıb ki, qızı betonun üstünə sərili vəziyyətdə qalıb. Yaxınlaşanda qızını hüşsuz vəziyyətdə, ağzı-burnu qanın içində görüb. Onu xəstəxanaya aparsalar da yolda dünyasını dəyişib. Mehribanın atası Mehman Rusiyada yaşayır. Bir oğlu, bir qızı var. Ona zəng edib, təcili çağırıblar. Amma qızının öldüyünü bilmir”.

Qeyd edək ki, mətbuatda yayılan xəbərlərdə, Ağdaşda intihar hadisəsinin baş verdiyi bildirilir. Rayonun Lək kənd sakini Mehriban Osmanovanın yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar etdiyi deyilir.

Bahar RÜSTƏMLİ
AzNews.az