“Ulu öndər Heydər Əliyev rəhmətə gedəndən sonra hər ilin bu günü onu ziyarət etməyə gəlirəm. And olsun, Allaha, o kişi 1993-cü ildə bu ölkənin rəhbərliyinə gəlməsəydi, indi Allah bilir bizim taleyimiz necə olacaqdı”. “Ulu öndər Heydər Əliyev rəhmətə gedəndən sonra hər ilin bu günü onu ziyarət etməyə gəlirəm. And olsun, Allaha, o kişi 1993-cü ildə bu ölkənin rəhbərliyinə gəlməsəydi, indi Allah bilir bizim taleyimiz necə olacaqdı”.

Fəxri xiyabanda izdiham - Fotolar

“Ulu öndər Heydər Əliyev rəhmətə gedəndən sonra hər ilin bu günü onu ziyarət etməyə gəlirəm. And olsun, Allaha, o kişi 1993-cü ildə bu ölkənin rəhbərliyinə gəlməsəydi, indi Allah bilir bizim taleyimiz necə olacaqdı”.

Bu sözləri AzNews.az-a açıqlamasında Bakı şəhər sakini Rza Mahmudov ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərkən deyib…

Məlumdur ki, bu gün ulu öndər Heydər Əliyevin vəfatından 14 il ötür. Hər il olduğu kimi, dekabrın 12-də səhər saatlarından başlayaraq, insanlar axın-axın Fəxri xiyabana gəlir, ulu öndərin məzarı önündən keçərək gül dəstələri qoyur və ruhu qarşısında baş əyirlər. Fəxri xiyabanda yaşanan bugünkü izdiham xalqın öz böyük oğlunun xatirəsinə ehtiramını parlaq şəkildə təcəssüm etdirir. Bu mənzərə belə bir əminlik yaradır ki, ümummilli lider Heydər Əliyevə olan ümumxalq məhəbbəti heç vaxt tükənməyəcək və əbədi olacaq.

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər arasında müxtəlif təbəqədən olan insanlar var: hərbçilər, təhsil, mədəniyyət, tibb müəssisələrinin nümayəndələri, müharibə və əmək veteranları, müxtəlif peşə sahibləri, tələbələr, şagirdlər, uşaqlar, bir sözlə, hər yaş kateqoriyasından olanlar.

Xiyaban boyu hər kəs bir amal, bir məqsədlə irəliləyir – dahi şəxsiyyətin məzarını ziyarət. Kimi kədərli, kimi fikirli, kimi də qürurlu halda ulu öndərin məzarı önündə bir anlıq ayaq saxlayır, ruhuna ehtiram olaraq baş əyir, dua oxuyur. Burada məmur da, hərbçi də, sıradan bir vətəndaş da eyni statusda, eyni postdadır. Hər biri ulu öndər Heydər Əliyevə olan sevginin işığına toplaşıb.

İzdihamdan fürsət tapıb bir neçə ziyarətçi ilə həmsöhbət olduq. “Heydər Əliyevi necə xatırlayırsınız, yaddaşınızda necə qalıb?” deyə, onlara müraciət etdik.

Elman Abbasov: “O, bizim ümummilli liderimizdir, müstəqil Azərbaycanın banisidir, demokratiyanı Azərbaycana bəxş edən şəxsiyyətdir. Azərbaycanın gələcək qarantisini müəyyən etmiş bir dahidir Heydər Əliyev. Çünki o, İlham Əliyev kimi bir prezidenti bizə bəxş edib gedib. Hər il olduğu kimi bu il də ulu öndərin məzarnı ziyarət etmək üçün uşaqlarımı da gətirmişəm. Onlar bu yaşdan etibarən başa düşməlidirlər ki, gələcəklərini quran kimdir. Bunu bilməli və gələcəkdə də bununla fəxr etməlidirlər. Onun gəlib burada hər şeyi canlı, öz gözləri ilə görməsi daha yaxşı yaddaşında qalacaq, nəinki hansısa kitabdan oxuduğu. Ona görə də uşaqların belə yerlərə gətirilməsi olduqca vacibdir”.

Gülzar Abbasova: “Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə mən tələbə olmuşam. Hələ o zaman onun barəsində çox yüksək fikirdə olmuşam. Hətta özümü onun xarakterinə oxşatmağa çalışırdım. Mən də universitetdə saatlarla, yorulmadan nitq söyləmək istəyirdim. Amma alınmırdı, 5-10 cümlədən sonra sözüm qurtarırdı. Heydər Əliyev məhz belə bir adam idi, onda nə söz, nə də xüsusi bacarıqlar tükənən deyildi. Bunu bütün Azərbaycan xalqı bilir. Onun necə bir insan olduğunu, gənclərə necə dayaq durduğunu hər an görüb hiss eləmişəm. Ümumiyətlə, Heydər Əliyev mənim yaddaşımda yaxşı bir insan, ağsaqqal, elin atası kimi qalıb”.

Gülzar xanım ziyarətə özü ilə azyaşlı nəvəsini də gətirmişdi. Bu gün ulu öndərin məzarını nəvəsi ilə birgə ziyarət etməkdən fəxr duyduğunu dedi: “Dünən məktəbdə müəllimlər nəvəmə deyib ki, sabah ulu öndər Heydər Əliyevin anım günüdür. Ona görə bu gün nəvəm özü məni bura gətirib. Özü istədi ki, gəlib Heydər Əliyevin məzarını ziyarət etsin. Mən də istəyini reallaşdırdım”.

76 yaşı olan şəhər sakini Rza Mahmudov isə dedi ki, ulu öndər rəhmətə gedəndən sonra hər ilin bu günü onu ziyarət etməyə gəlir: “And olsun, Allaha, o kişi 1993-cü ildə bu ölkənin rəhbərliyinə gəlməsəydi, indi Allah bilirdi bizim vəziyyətimiz necə idi. Qarmaqarşıq bir zaman idi, aləm dəymişdi bir-birinə. Heydər Əliyev elə siyasi manevrlər və hərəkətlər elədi ki, hər kəsin əl-ayağı yığıldı. İdarəçilik sistemi quruldu, ordu formalaşdı, insanların güzəranı gündən-günə yaxşılaşdı. Bunlar hamısı faktdır, yaxın tarixdə, hər kəsin gözü qarşısında baş verən hadisələrdir. Allah ona qəni-qəni rəhmət eləsin”.

Digər ziyarətçi Sevil Mehdiyeva da ömrü boyu Heydər Əliyevə minnətdar olduğunu qeyd etdi:

“İçimdə Ona qarşı hər zaman məhəbbət olub. Onun hər bir hərəkəti, hər bir danışığı həmişə məni qürurlandırıb. Heydər Əliyev sadə insanların, xalqın ən yaxın sirdaşı, qayğıkeşi idii. Allah onun oğlu, cənab Prezident İlham Əliyevi də bizim başımızın üzərindən əskik eləməsin. Vallah, dünyada bu saat qırğınlar, qiyamətlər gedir. Müsəlmanların başına açılmayan oyun qalmayıb. Belə bir vəziyyətdə biz firavan, qulağımız, başımız dinc yaşayırıq. Ölkəmiz bu gün dünyada tanınır, beynəlxalq nüfuzumuz gündən-günə artır. Bunların hamısı uğurlu siyasətin nəticəsidir”.

Əbülfəz Hüseynov adlı başqa bir vətəndaş da azyaşlı qızı ilə xiyabana gəlmişdi. İstəyi budur ki, özündən sonrakı nəsil də dövlətimizin qurucularını tanısın, onlar da özlərindən sonrakı nəslə bunu aşılasınlar:

“Heydər Əliyevi bütün dünya Azərbaycanın xilaskarı kimi tanıyır. Heydər Əliyev, onun Azərbaycan xalqı üçün etdikləri barədə aylarla danışsaq, yenə tükənməz. Mənə görə, o, bir ümman idi, tükənməyən bir şəxs idi. Onun fitri istedadı, uzaqgörən siyasəti hər zaman məndə heyrət doğurub. Heyf ki, ulu öndərimizi doyunca görə bilmədik. Allah məkanını cənnət eləsin”.

Beləliklə, belə qənaətə gəlmək olar ki, vətənini sevən hər kəs üçün ulu öndər Heydər Əliyevin xatirəsi əziz və müqəddəsdir. Fəxri xiyabanda yaşanan bu izdiham onu göstərir ki, Heydər Əliyev itkisi yalnız cismanidir. Mənən isə ulu öndər yenə də xalqı ilə birlikdədir, onun parlaq ideyaları yalnız bu günümüzün deyil, gələcəyimizin də qarantıdır.

Qeyd edək ki, bu gün təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində, həmçinin xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimləri keçirilir. Hər bir tədbirdə vətəndaşların təhlükəsizliyi ciddi şəkildə təmin edilir.

Elgün Mənsimov
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description